Azərbaycanda tanınmış həkim vəfat etdi - RTV

Azərbaycanda tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, tibb universitetinin dosenti Ədalət Rüstəm bu gecə vəfat edib. Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir.

Ədalət Rüstəm 1961-ci ildə Naxçıvanın Şahbuz rayonunda doğulub. İxtisasca ümumi cərrah olub. O, klinik tibbi mərkəzdə çalışıb.

Qeyd edək ki, Ədalət Rüstəm Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Vergilər Xidmətinin rəisi Nazim Rüstəmovun qardaşıdır. Yanvarın 5-də isə onların anası dünyasını dəyişib.