Sabah Bakıya sulu qar, rayonlara qar yağacaq - RTV

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 18-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı 17-sindən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək.

Güclü şimal-qərb küləyi səhər mülayimləşəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.