Gəncədə yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Nəriman Nərimanov prospekti ərazisində qeydə alınıb. Hərəkətdə olan Chevrolet markalı minik maşını Bakubasa məxsus sərnişin avtobusu ilə toqquşub. Nəticədə minik maşınında olan, 1996-cı il təvəllüdlü Günel Cəfərova xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Qeyd edək ki, qəza zamanı avtobusun sərnişinlərindən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.