Hindistanda 103 yaşlı qadın dəfn mərasimi zamanı dirilib. RTV Lentaz istinadən xəbər verir ki, hadisə Maxaraştra ştatında baş verib. Qohumlar cəsədi aparmaq üçün maşını gözləyərkən qadın qəfil hərəkət etməyə başlayıb və oturub. Qeyd edilir ki, ən təəccüblüsü də hadisənin onun doğum günündə baş verməsidir. Qadının dirilməsi xəbəri yaxınlarını çox sevindirib və onlar bunu möcüzə kimi qəbul ediblər. Qohumlar bunun şərəfinə bayram süfrəsi açıblar.