Prezident qanun təsdiqlədi - RTV

Prezident İlham Əliyev nəqliyyat ekspedisiyası fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanununu təsdiqləyib.

Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin birinci, 10-cu, 13-cü və 23-cü bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində nəqliyyat ekspedisiyası fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.

Qanun bu sahədə dövlət orqanlarının, habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yaranan münasibətləri tənzimləyir.

Dövlət başçısı nəqliyyat ekspedisiyası fəaliyyəti haqqında qanunun tətbiqi məqsədilə fərman da imzalayıb.