Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il dekabrın 1-i vəziyyətinə görə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 797 min nəfər olub.
Həmin işçilərdən 869 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
2023-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3% artaraq 1090 manat təşkil edib.
İqtisadiyyatın mədən çıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.