Minik maşını "Baku Bus"a çırpıldı - RTV

Gəncədə yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan Şevrolet markalı mini maşını Bakuvasa məxsus sərnişin avtobusuna çırpılıb. Nəticədə mini maşınının sərnişini, 2006-cı il təvəllüdlü Rahid Süleymanov xəsarət alıb.

Xəsarət alan şəxs Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Zülfüqar Məmmədov adına xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Həkim İbrahimli Adil hadisə ilə bağlı məlumat verib:

"Bu gün axşam saatlarında xəstəxanamıza iki cinsi bir xəstə qəbul olunmuşdur. Müəyyən olundu ki, xəstə avto qəza nəticəsində sol bazusu sümüyünün yer dəyişmiş qapalı sınığı təyin olundu. Xəstəyə ilk yardım göstərildi. Sonra daimi müalicə almaq üçün Abbaszad xəstəxanasına göndərildi."

Qeyd edək ki, avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.