Yanvarın 16-da Yevlaxda silahlı insident baş verib. Hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyəsinə xəsarət yetirib. Zaur Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir. Qeyd edək ki, Zaur Səmədov Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun oğludur.