Təcili yardım maşınının iştirakı ilə AĞIR QƏZA – Ölən var - RTV

Bakıda yol nəqliyyat hadisəsi baş verib. Təcili tibbi yardım avtomobili ilə motosikletin toqquşması nəticəsində ağır qəza baş verib.

Qəza nəticəsində motosikleti idarə edən şəxs hadisə yerində həyatını itirib. Məlumata görə, ölən şəxs çatdırılma xidmətində çalışıb.

Hadisə zamanı təcili tibbi yardım avtomobilinin sürücüsü də ağır xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.