Yas məclisləri ilə bağlı QƏRAR - Bütün ölkə üzrə... - RTV

Azərbaycanda yas mərasimlərində süfrə açılması və ehsan verilməsi uzun illərdir ki, ənənə halını alıb. RTV-nin məlumatına görə, bir neçə ildir ki, yas mərasimlərində bol süfrələrin açılması tənqid edilir, lakin hələ də dəbdəbəli ehsan süfrələrini tam yığışdırmaq mümkün olmayıb.

İlahiyyatçı Ağa Hacıbəyli bildirib ki, Azərbaycanda yas mərasimləri ilə bağlı son illər aparılan təbliğatın müsbət nəticələri tədricən özünü göstərir. Onun sözlərinə görə, müxtəlif rayon və bölgələrdə bu mərasimlərin daha səliqəli, mədəni və israfdan uzaq keçirilməsi ilə bağlı xoş xəbərlər eşidilir.

Ağa Hacıbəyli qeyd edib ki, bu məsələnin tam şəkildə həlli yalnız qanunlarla mümkün deyil. Daha çox maarifləndirmə, düzgün izah və mədəni dəvət yolu ilə insanlar bu dəyərləri qəbul etməli və dərk etməlidirlər.