Bakıda güclü külək nəticəsində 6 ağac aşdı - RTV

Bakıda gecədən səhərə kimi davam edən güclü külək nəticəsində 6 ağac aşıb, 3 ağacın budaqları qırılıb.

Güclü küləyə görə Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyinin qaynar xəttinə 9 müraciət daxil olub. Müraciətlər Xətai, Nizami və Binəqədi rayonlarını əhatə edib.

Birliyin əməkdaşları aşmış ağacları götürərək ərazini təmizləyiblər.