15 yanvarın hava proqnozu açıqlandı - RTV

Milli Hidrometeorologiya xidmətindən verilən məlumata görə, Azərbaycanda yanvarın 15-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti. Dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 2-5 dərəcə şaxta olacaq.