Lənkəran rayonunda qardaş qardaşı bıçaqlayıb. Hadisə Lənkəran rayonunun Sütəmuradov kənd ərazisində baş verib.
Lənkəran şəhər sakini Emral Mirzəyev aralarında yaranmış münaqişə zamanı qardaşı, 20 yaşlı Semral Mirzəyevi bıçaqlayıb. Xəsarət alan Semral Mirzəyev dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəxana tərəfindən verilən məlumata görə, 14 yanvar 2026-cı il tarixində saat 15:10 radələrində xəsarət alması səbəbi ilə 2006-cı il təvəllüdlü şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona sol döş qəfəsinə və sağ budun kəsilmiş, deşilmiş diaqnozları təyin olunub. Pasientə zəruri ilkin tibbi xidmətlər göstərilib və hazırda müalicəsi cərrahi şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən qardaş Emral Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Faktla bağlı Lənkəran şəhər rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və araşdırma aparılır.