Yanvarın 17-si gündüzdən 22-nə də ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya xidməti məlumat yayıb. Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib ki, bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da havanın yağıntılı olacağı və yağıntıların sulu qara keçəcəyi gözlənilir.