Bakı Konqres Mərkəzində Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) 2025-ci ilin yekunlarına və gələcək planlarına dair brifinqi keçirilib. RTV-nin məlumatına görə, tədbirdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, icraçı direktor müavinləri Araz Nəsirov, Anar İsrafilov, TƏBİB-in struktur bölmə rəhbərləri və media nümayəndələri iştirak ediblər.
Konfransda Vüqar Qurbanov ətraflı təqdimatla çıxış edərək 2025-ci ilin yanvar-noyabr ayları ərzində TƏBİB-in fəaliyyəti haqqında geniş məlumat verib. Onun sözlərinə görə, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması, uşaqların icbari dispanzerizasiyası proqramı çərçivəsində yenidə olmuşlara ixtisaslaşmış tibbi yardım və xidmətin göstərilməsi məqsədi ilə zəruri dərman vasitələri və tibbi ləvazimatlar satın alınıb. Perinatal mərkəzləri və doğuşa yardım müəssisələri həyati vacib dərman vasitələri, ləvazimatları və müasir avadanlıqlarla təsis olunub.
Daha sonra Vüqar Qurbanov media nümayəndələrinin suallarını cavablandırıb. Sonda TƏBİB-in icraçı direktoru səhiyyə sahəsində həyata keçirilən islahatların, görülən işlərin və əldə olunan nəticələrin ictimaiyyətə düzgün, operativ və obyektiv şəkildə çatdırılmasında medianın rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və media nümayəndələrinə təşəkkür edib.