"Su həyətlərımizə dolub iylənir"- Binə qəsəbəsində acınacaqlı vəziyyət - RTV

Bakının Xəzər rayonu Binə qəsəbəsi Zahid Zairli küçəsində sakinlər uzun illərdir su basmasından əziyyət çəkirlər. Sakinlərin sözlərinə görə, aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, problem hələ də həllini tapmayıb.

Sakinlərdən biri bildirir ki, torpağı alanda vəziyyət yaxşı olub, lakin qışda suyun içində qalıblar:

"Bura qabaqcadan biz torpağı alanda yaxşı idi, yayda almışıq. Hamı bax belə elə bil burda evləri yayda torpaqları alıb. Bir də baxmışıq, görmüşük ki, qışda suyun içindəyik. Hamı başladı həyətini doldurmağa. Doldurduqca bütün sular, problemlər ortaya çıxdı. İndi hamı evi bir-bir satırlar, eləyirlər, nə bilim, heç sata da bilmirlər. Qoyub qaçırlar burdan."

Digər sakin isə 2015-ci ildə torpaq aldıqlarını, həmin vaxt su olmadığını, sonradan isə tikililərin artması ilə problemin yarandığını qeyd edir:

"Biz aldıq 2015-də burda. 2015-də su yox idi. Ondan sonra hardasa bir beş, altı, yeddi ildir ki, əvvəllər boş məhlələr var idi, su ora yığışırdı. Sonra bir neçə yerdən vurdular, biraz quraqlıq oldu. Ondan sonra hansı ki, o boş məhlələr ki, doldu, tikildi, tikiləndən sonra su başladı axıntı, yəni yer tapmadı ki, getsin orda yığılsın, qalsın."

Sakinlər kanalizasiya xəttinin olmadığını, İcra Hakimiyyətinə və Su İdarəsinə müraciət etsələr də, problemin həll olunmadığını bildirirlər. Onların sözlərinə görə, küçə su ilə doludur, yağış suları, qrunt suları və digər məhəllələrdən axan sular vəziyyəti daha da ağırlaşdırır:

"Demək olar ki, neçə illərdir bax biz belə əziyyət çəkirik. Evlərimiz batır. Ondan sonra remontdan hamısı aboy vurulur, tökülür yerə. Bax, yəni vəziyyətimiz göz qabağındadır. Kanalizasiya xətti yoxdur, baxmırlar. Neçə illərdir biz gedirik İcra Hakimiyyətinə, gedirik necə deyim, Su İdarəsinə gedirik, bizim problemə baxan olmadı. Küçə doludur su ilə. Yağan yağışlar bir yandan, qurun suları, üstəlik də ki, başqa məhlələrdən də axan sular."

Sakin yolun üstünün qaldırılmasının və digər məhəllələrdən axan suların da problemi artırdığını bildirir:

"Yolun özündəki məhlələrdə, orda dediyim kimi benzin balotası var idi. Oranı doldurdular, ev yeri verdilər. Ardan da sular axdıb yana. Plus da ki, bu yolun üstünü qaldırdılar, yolda da yağmalar var idi, balaca-balaca. Bunlardan doldurdular ora, yolu da asfalt elədilər. İstəsə 40 sm də qalxacaq. Onun da suyu axır gəlir bizə, palçığı hamısı axır gəlir bizə. Və başqa məhlələrdən sular axır gəlir bizə. Yolun da suyu maşın getdikcə dalğa vurur, dolur həyətə, həyətin də girib mənim padvalımın içinə."

Evdə körpə uşağın olduğunu və suyun yaratdığı şəraitin dözülməz olduğunu deyən sakin, vəziyyətin mağarada yaşamağa bənzədiyini vurğulayır:

"Evdə də balaca körpə uşaq, bir yaşında körpə uşaq. Onun üstü yaşdır. Ayağımızı qoyuruq yaşdır. Onun altını çəkmək olmur. Onun altının suyunu çəkirsən, yenə başqa yerdən su gəlir. Hal-hazırda elə bilin ki, biz mağarada yaşayırıq, evdə yaşamırıq. Şəraitimiz budur, suyun içi. Ev su, çöl su, bu suda qalır iyilənir. İy verir, pəncərəni açırıq ki, hava alaq, səhər-səhər hava dəyişək, təmiz hava istəyək. Əsas səhər-səhər səhər-səhər təmiz hava alırdı. Biz pəncərəni açdıqca qoxmuş iy gəlir, suyun iyilənmiş iy gəlir."

Məsələ ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, Binə qəsəbəsi Zahid Zairli küçəsində...