Gəncə şəhərində bıçaqlama hadisəsi baş verib. RTV teleqrafa istinadən xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 1989-cu il təvəllüdlü Kəmalə Əsgərova bıçaq xəsarətləri alıb. Yaralı qadın xəstəxanalardan birinə çatdırılıb və ona cərrahi müdaxilə olunub. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.