Şəxsiyyət vəsiqələri və sosial ödənişlərdə yenilik - RTV

Şəxsiyyət vəsiqələrinin statusu ilə bağlı məlumatların avtomatlaşdırılmış inteqrasiyası ötən il təmin edilib. Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, bu yenilik sayəsində bəzi ödənişlərin həyata keçirilməsi daha rahat olub.

Zəka Mirzəyev qeyd edib ki, bu sistemin tətbiqi nəticəsində deaktiv olan şəxsiyyət vəsiqələrinə görə sosial ödənişlər, pensiyalar və prezident təqaüdləri avtomatik dayandırılır. Eyni zamanda, sənədlər aktiv statusa keçdikdə vətəndaşların əvvəlki kimi DOST mərkəzlərinə və ya Dövlət Sosial Müdafiə Fondunun qəbul mərkəzlərinə müraciət etməsinə ehtiyac qalmadan ödənişlərin avtomatik bərpası təmin edilir.