Bakı restoranlarından birində müştərilər söyüş söydükləri üçün cərimə olunublar. RTV Milli istinadən xəbər verir ki, müştərilər yekun hesab ödənişində əlavə pul ödəməli olublar. Belə ki, hesabda üç fərqli növ söyüşə görə cərimə yazıldığı göstərilib. Ümumilikdə söyüşə görə müştərilər əlavə 65 manat cərimə ödəməli olublar.