Paşinyanın Azərbaycanla bağlı açıqlaması gündəm oldu - RTV

Ermənistan baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycandan benzin və dizel idxalı məsələsindən danışıb. O bildirib ki, dekabrın 25-dən indiyədək Ermənistan vətəndaşlarının cibində onlarla milyard dram qalıb.

Nikol Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycandan yanacaq tədarük etməklə nəqliyyat xərclərinə də qənaət edə bilir. Baş nazir əlavə edib ki, Azərbaycan tədarükü sayəsində Ermənistanda yanacaq monopoliyaasına böyük ölçüdə son qoyulub.

Paşinyan deyib:

"Dəqiq hesablamamışam. İndi söyləyə bilərlər ki, onlar milyard deyil, 9 milyard 876 milyondur. Bu məsələnin mahiyyətini dəyişmir. İstəyirəm ki, hamınızı buna görə təbrik edim. Dünən gördüm. Deyirlər ki, benzin üçün yer aburunu unutdunuz. Bunu unutdunuz, onu unutdunuz. Xeyr, belə deyil. Çünki mən deyirəm ki, inkişaf etmiş, sabit, təhlükəsiz və beynəlxalq nüfuza malik Ermənistan müharibə zamanı həlak olan qardaşlarımıza ən böyük hörməti göstərir."