Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinə bu barədə məlumat verilib. Məlumatda bildirilir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, xüsusi riskli xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, yanğın baş verən bina keçmiş məcburi köçkünlərin məskunlaşdığı yataqxanadır.