Səhiyyə Nazirliyi əhaliyə MÜRACİƏT ETDİ - RTV

Səhiyyə Nazirliyi bayram və istirahət günləri ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə qarşıdan gələn bayram və istirahət günlərində vətəndaşların sanitar gigiyenik qaydalara xüsusi diqqətlə yanaşması vacibdir.

Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslıq qrupuna aid olan şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi mühafizə vasitələrindən istifadə etməyi, əl gigiyenasına ciddi riayət etməyi tövsiyə edir.

Eyni zamanda, immun sistemini möhkəmləndirilməsi məqsədilə gündəlik qidalanma rejiminə vitaminlərlə zəngin ərzaqların daxil edilməsi məqsədəuyğundur.

Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına məsuliyyətlə yanaşmağa, şəxsi gigiyena qaydalarına əməl etməyə, özünü və ətrafındakıları mümkün yoluxma risklərindən qorumağa çağırır.