Ramiz Məmmədov vəfat etdi - RTV

Radio Televiziya Yayma və Peyk Rabitəsi İstehsalat Birliyinin Göyçay Televiziya Yayım stansiyasının rəhbəri Ramiz Ağaoğlu Məmmədov vəfat edib.

Məlumata görə, Ramiz Məmmədov uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu barədə mərhumun ailəsi məlumat verib.

Qeyd edək ki, Ramiz Məmmədov 2000-ci ildən Göyçay Televiziya Yayım stansiyasının rəisi vəzifəsində çalışıb. Səmərəli fəaliyyətinə görə prezident tərəfindən Tərəqqi medalı və dəfələrlə fəxri fərmanla təltif olunub.