Prezident qərar imzaladı: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı - RTV

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. Bu, Prezident İlham Əliyevin hərbi xidmət keçmə haqqında əsasnamənin təsdiq edilməsi barədə və hərbi vəzifə və hərbi xidmət haqqında qanunlarda dəyişikliyi təsdiqlənməsi ilə mümkün olub.

Beləliklə, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılaraq 1 il müəyyən ediləcək. Eyni zamanda müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsi veriləcək.