Bu gün Azərbaycanın milli qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində dünyaya gəlib. O, Sumqayıtda orta məktəbi bitirib. Heydər Əliyev adına Ali məktəbdə təhsil alıb. Daha sonra təhsilini Türkiyədə davam etdirib.
Polad Həşimov 2016-cı il aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib.
General-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, daha sonra yaşadığı Sumqayıt şəhərinə gətirilib. Şəhid general iyulun 15-də ikinci Fəxri Xiyabanda dəfn olunub.
9 dekabr 2020-ci il tarixində prezident İlham Əliyevin sərəncamı ilə ona milli qəhrəman adı verilib.