Ölkənin müxtəlif yerlərinə yağan qar sürücülərə çətinlik yaradır: YOLLAR BUZ BAĞLADI - RTV

Ölkə ərazisində davam edən gecə sabit hava şəraiti avtomobillərin hərəkətində çətinliklər yaradır. Gecə saatlarından etibarən aramsız yağan qar yolların buz bağlamasına səbəb olub.

Hazırda Bakı, Şamaxı, Yevlax avtomobil yolunda, İsmayıllıda, Laçının Sus kəndi ərazisində, Lerikin Şingədulan kəndində yollar buz bağlayıb. Həmin ərazilərdə hərəkətdə olan nəqliyyat vasitələri ciddi çətinliklərlə üzləşirlər.