Goranboyda avtomobil aşdı - RTV

Goranboyda yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Aşağı Ağcakənd Börükəndi yolu ərazisində qeydə alınıb. Hərəkətdə olan Vaz 2107 markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı üç nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlardan biri kişi, ikisi qadındır. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Hazırda müalicələri təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir və vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.