Gəncədə tələbə dərs zamanı dünyasını dəyişdi - RTV

Gəncədə 18 yaşlı tələbə dərs vaxtı dünyasını dəyişib. Hadisə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində baş verib.

2008-ci il təvəllüdlü Röyal Bayramovun dərs vaxtı qəfil halı pisləşib.

Təbibdən bildirilib ki, 12 yanvar 2026-cı il tarixində saat 08:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Gəncə şəhərindən təcili çağırış qeydə alınıb. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb. Ətrafdakıların təkidilə saat 09:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhət adına xəstəxanaya hospitalizasiya həyata keçirilib. Həkim heyəti tərəfindən onun həkimə qədər ölüm faktı təsdiq olunub və aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı aidiyyatı dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır. Hadisənin təfərrüatları araşdırmanın nəticəsinə uyğun olaraq ictimaiyyətə açıqlanacaq. İlkin məlumata görə, 18 yaşlı gənc ürək tutmasından vəfat edib. Mərhumun meyiti müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin publik hüquqi şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib. Meyit müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.