Bayram axşamı eyvandan yıxılan kişi öldü - RTV

Göyçay rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Çayarxı kənd sakini, 1972-ci il təvəllüdlü Sarvan Əhmədov yanvarın 1-nə keçən gecə yaşadığı evdə baş nahiyəsinə xəsarətlə xəstəxanaya gətirilib. Tibbi yardıma baxmayaraq, o, bir gün sonra xəstəxanada vəfat edib.

Bildirilib ki, həmin gün Sarvan Əhmədov qan təzyiqinin yüksəlməsi nəticəsində müvazinətini itirərək ikinci mərtəbənin eyvanından yıxılıb. Faktla bağlı araşdırma aparılır.