Bakının Nizami rayonunda yerləşən otellərdən birində oğurluq hadisəsi baş verib. Oteldə gecələyən şəxsin 23 min manatı oğurlanıb. Zərərçəkən şəxs bu barədə ərazi üzrə polis orqanına məlumat verib.
Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Saxlanılanlar 36 yaşlı Azəhmət Məmmədov, 31 yaşlı Ülvi İsgəndərov və 37 yaşlı Aqşin Eminovdur. Onların hadisə yerinə gəliş və gedişi ərazidəki kameralar vasitəsilə lentə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.