AZAL Bakı-Tehran-Bakı reysini LƏĞV ETDİ - RTV

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib.

AZAL sorğuya cavab olaraq faktı təsdiqləyib. Bildirilib ki, Bakı-Tehran-Bakı marşrutu üzrə uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq və sərnişinlər məlumatlandırılacaqlar.

Aviaşirkət yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbrə görə sərnişinlərə təşəkkür edir. Qeyd olunub ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.

Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərlər.