Goranboyda bədbəxt hadisə nəticəsində qadın dünyasını dəyişib. Hadisə yanvarın 1-i saat 16 radələrində rayonun Dəliməmmədli şəhərində baş verib.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində xadimə işləyən, Samux rayon sakini Nahidə Yusif qızı Məmmədova faciəvi şəkildə ölüb. Belə ki, o, dəmir yolu reysinin üzərindən keçərkən ayağı reysin kənarındakı beton dirəyin arasına düşərək sınıb. Ağrıdan şoka düşən Məmmədova hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.