Ana və oğul zəhərləndi - RTV

Tərtər şəhərində qazdan zəhərlənmə hadisəsi baş verib. RTV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə Şəhid Məftun Əhmədzadə küçəsində qeydə alınıb.

Şəhər sakinləri, 70 yaşlı Sahibə Əzimova və onun oğlu, 52 yaşlı Müşfiq Əzimov qaz sızması nəticəsində zəhərləniblər. Hadisə nəticəsində Müşfiq Əzimov həyatını itirib. Sahibə Əzimova isə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, hadisəyə səbəb sobada qaz sızması olub. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.