RTV kanalında yayımlanan verilişdə astroloq Səbuhi Rəhimli 2026-cı il üçün proqnozlarını açıqlayıb. Müsahibədə 2026-cı ilin əsas mövzuları, rəqəm hesabları və bürclər baxımından gözləntilər müzakirə olunub.
Səbuhi Rəhimli 2026-cı ilin numeroloji baxımdan "bir" rəqəmi ilə xarakterizə olunduğunu və bunun yeni başlanğıclar üçün bir fürsət olduğunu vurğulayıb. O, yarımçıq işləri tamamlamanın və yeni nəfəslə başlamağın vacibliyini qeyd edib. Astroloq həmçinin, 2026-cı ilin ümidlərin gerçəkləşdiyi bir il olacağını proqnozlaşdırıb.
Səbuhi Rəhimli bildirib ki, hər bir ilin öz oyun qaydaları var və bu qaydalara riayət etmək lazımdır. Onun sözlərinə görə, ilan ilində insanlar daha çox tənhalığa qapanır, bədbin fikirlərə düşür və keçmişdə eşələnirlər. Amma at ili insanda ümid yaradır. Astroloq, hər ayın özünəməxsus prosesi və xarakteri olduğunu, bu proseslərə uyğun davranmağın vacibliyini vurğulayıb.
Astroloq Səbuhi Rəhimli:
"At ili dumanlığı dəyişəcək."