Rusiya İrana belə gizli yardım edirmiş... - RTV

Rusiya İranda etirazların yatırılmasında Tehrana fəal dəstək verir. Rusiya İrana silah və nəzarət texnologiyaları tədarük edir. Kreml birbaşa hərbi müdaxilədən yayınaraq öz maraqlarını qorumaq üçün daha çox diskret yardım modelini seçir. Məlumata görə, Rusiya İrana qoşun yeritməsə də, rejimin repressiv mexanizmlərini gücləndirməkdə aktiv rol oynayır. Moskva İrana avtomatlar, snayper tüfəngləri, zirehli texnika və helikopterlər göndərir. Bununla yanaşı, internetə nəzarət və etiraz aksiyalarına qarşı mübarizə üçün texnoloji həllər də ötürülür.