ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Çin hökuməti haqqında məxfi məlumatı olan şəxsləri agent olmağa dəvət edib.
Bu barədə "RTV" xəbər yayıb. Sözügedən videoda Çin vətəndaşlarına məlumatları təhlükəsiz şəkildə necə paylaşmaq lazım olduğu izah edilib. Video CIA ilə təhlükəsiz əlaqə qurmaq üçün tam təlimat təqdim edir.
"Biz Çin haqqında həqiqəti bilən və paylaşa bilən insanları axtarırıq", - deyə paylaşımda qeyd olunub.
Çin Kommunist Partiyası isə buna cavab verən hər hansı bir Çin vətəndaşını cəzalandırmaqla hədələyib. Partiya bunu xarici güclərin təhriki adlandırıb. Bildirilib ki, buna cavab verən hər hansı bir Çin vətəndaşı ciddi şəkildə cəzalandırılacaq və ya aşkarlanarsa xain hesab ediləcək.