Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Xristian icmasının Milad bayramı ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Mehriban Əliyeva paylaşımında bildirib:
"Milad bayramı günündə edilən bütün dua və diləklərlə həmrəy olduğumu bildirir, uca tanrıdan hər kəsə can sağlığı, dünyamıza əmin-amanlıq diləyirəm."