İlham Əliyev Ağdərədə - RTV

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar, Heyvalı, Aşağı Orataq, Çıldıran kəndlərində görülmüş işlərlə tanış olub. Dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verilib. Daha sonra prezident İlham Əliyev kəndlərə köçən ailələrə baş çəkib və yaşayış şəraitləri ilə maraqlanıb. Qeyd edək ki, həmin kəndlər 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.