Meyxanaçı Ağakərim vəfat etdi - RTV

Məşhur meyxanaçı, Ağakərim təxəllüsü ilə tanınan Kərim Novruzov vəfat edib. Bu barədə RTV xəbər yayıb.

Meyxanaçının yaxınları onun səhhətində uzun müddətdir problemlər olduğunu bildiriblər. Mərhumun qohumu Kamilin sözlərinə görə, Ağakərimin vəziyyəti tez-tez dəyişirdi və bir saat yarım əvvəl halı pisləşib. Kamil bildirib ki, ona zəng edərək tez evə gəlməsini istəyiblər. "Biz gözləyirdik də indi bu gec tez var idi. Xəstə idi. Neçə vaxtdır ki, xəstə idi, yatırdı evdə. Qismət buraya gəlmişdi", - deyə Kamil qeyd edib.

Qeyd edək ki, Ağa Kərimin səhhətində 2017-ci ilin mart ayında beyninə qan sızmasından sonra ciddi problemlər yaranıb. Səkkiz ildir özü xəstə idi, yerindən dura bilmirdi. Mərhumun nəşi dekabrın 20-də Maştağa qəbirstanlığında torpağa tapşırılacaq.

Kamil qonşularının və yaxınlarının Kərimlə bir yerdə böyüdüklərini və çox yerdə birlikdə olduqlarını da vurğulayıb.