İkiüzlü tanrının bayramı - Gerçək səbəb bu imiş... - GİZLİ TARİX

İTV izləyiciləri üçün "Gizli Tarix" verilişində aparıcı Xanım Cavadşirqızı yeni ilin tarixi və qeyd olunma səbəbləri barədə məlumat verib. Verilişdə yeni ilin tarixinin qədim Romadan başladığı qeyd olunub. Ən qədim Roma təqvimində il mart ayından başlayırdı, çünki mart ayı hərb tanrısı Marsın ayı idi. Eramızdan əvvəl 153-cü ildə Roma senatı ilin 1 yanvardan başlaması barədə qərar qəbul edib, çünki yeni seçilmiş konsulların vəzifəyə başlama müddəti 1 yanvardan hesablanırdı.

Eramızdan əvvəl 46-cı ildə Yuli Sezar günəş təqvimini yaradıb və ili 365 günə bölüb. Hər dörd ildən bir artıq bir gün hesablanacağı barədə qərar qəbul edilib. Yeni il də 1 yanvardan başlayıb, çünki yanvar ayı Janus tanrısına həsr olunmuşdu. O, qapıların, keçidlərin, başlanğıcların tanrısı hesab olunurdu. Orta əsrlərdə xristian kilsəsi bəzi bayramları sevmirdi və bir çox Avropa ölkələri yeni ili 25 martda Müjdə bayramı kimi, 25 dekabrda Milad bayramı kimi qeyd edirdi. 1582-ci ildə Papa 13-cü Qriqori daha dəqiq təqvim yaratdı və həmin təqvim Qriqoryan təqvimidir. Bu təqvim Yulianın səhvlərini düzəltdi və yenə də 1 yanvarı ilin başlanğıcı kimi bərpa etdi.

Katolik ölkələr dərhal bu təqvimi qəbul etdilər. Böyük Britaniya və koloniyaları isə yalnız 1752-ci ildə bu təqvimə keçdi. Rusiya imperiyası, Azərbaycan da tərkibində olduğu vaxtda, 1918-ci ildə Leninin əmri ilə Qriqoryan təqvimi qəbul etdi. Xanım Cavadşirqızı verilişin sonunda yeni ilin təkcə təqvimin dəyişməsi deyil, həm də həyatın sıfırlanması olduğunu vurğulayıb və yeni ildə hər kəsə can sağlığı arzulayıb.