Pensiyaçılara sevindirici xəbər: Artım olacaq - RTV

Azərbaycanda bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq. Bu barədə Milli Məclisin dekabrın 30-da keçirilən plenar iclasında deputat Vüqar Bayramov məlumat verib.

Deputat Vüqar Bayramov bildirib ki, 2025-ci ildə dövlət büdcəsinə sosial yönümlü xərclər üçün ümumilikdə 16,9 milyard manat vəsait ayrılmışdı. 2026-cı ildə də bu siyasət davam edəcək.

Vüqar Bayramov vurğulayıb ki, pensiyaların indeksləşdirilməsi və sosial ödənişlərin artırılması əhalinin sosial rifahının gücləndirilməsinə xidmət edir.