Bakıda fəaliyyət göstərən "A Taksi" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunduğunu elan edib. Şirkətin kreditorları iki ay ərzində tələblərini bildirmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər: Az 10-25 Bakı şəhəri, Xətai rayonu, Həsən Salmanı küçəsi, ev 17, mənzil 193.
Qeyd edək ki, "A Taksi" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2000 manat təşkil edir. Onun qanuni təmsilçisi Elmikhan Mehdiyevdir.