Bu ölkənin Azərbaycanla vizasız rejimi ləğv edir - RTV

Azərbaycan vətəndaşları üçün tətbiq ediləcək viza rejiminin yeni qayda və şərtlərinin dəqiqləşdirilməsi məqsədilə Monteneqro tərəfinə rəsmi sorğu göndərilib.

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadənin operativ mediaya verdiyi məlumata görə, uzun müddət Monteneqro birtərəfli qaydada bu ölkəyə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejimini tətbiq edib. Lakin Monteneqro hökumətinin qərarına əsasən 2026-cı il yanvarın 15-i tarixindən etibarən Monteneqroya səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq olunacaq.

Ayxan Hacızadə qeyd edib ki, bu qərar Monteneqro hökumətinin Avropa İttifaqına üzvlük prosesi çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə əlaqədardır.

Qeyd edək ki, 2026-cı il yanvarın 15-dən sonra Azərbaycan vətəndaşları Monteneqroya yalnız viza əsasında səfər edə biləcəklər. Bu ölkədə işləmək və ya biznes fəaliyyəti ilə məşğul olmaq üçün isə ən azı bir illik yaşayış icazəsinin alınması tələb olunacaq.