Yol polisi müraciət etdi - RTV

Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. İdarənin bildirdiyinə görə, qış mövsümünə xas olan qeyri-sabit hava şəraiti yol hərəkətində, xüsusilə piyadalar üçün ciddi təhlükə yaradır.

Gün işığının qısa olması, yağıntılar nəticəsində yol örtüyünün sürüşkənliyi və görünmə məsafəsinin azalması piyadaların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin riskini artırır.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edərək bildirib ki, yol hərəkəti təhlükəsizliyi hər kəsin şəxsi məsuliyyətidir. İdarə həmçinin xatırladıb ki, yolda atılan hər bir yanlış addım ağır nəticələrə səbəb ola bilər və qaydalara əməl etmək həyatın qorunmasının əsas şərtidir.