Xalq artistini döyən Nurəddin Cəlilovla bağlı gözlənilməz qərar - RTV

Xalq artisti Ağadadaş Ağayevlə dava etdiyinə görə azadlıqdan şərti məhkum olunan Nurəddin Cəlilov cəzasının çəkilməmiş hissəsindən azad edilib. Binəqədi rayon məhkəməsinə Cəlilovun cəzadan azad edilməsi ilə bağlı müraciətə baxılıb. Qərara əsasən o, cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə zamanı mühafizəçi Nurəddin Cəlilova balta atıb. Mühafizəçi isə onu döyüb. Binəqədi rayon məhkəməsinin hökmü ilə Ağayev bir il sınaq müddəti seçilməklə iki il, Cəlilov isə iki il altı ay müddətinə şərti cəzaya məhkum ediliblər.