Toyda mübahisə ölümlə nəticələndi - RTV

Gürcüstanın Qardabani bələdiyyəsinin Qaratəhlə kəndində yanvarın 5-i axşam saatlarında baş verən mübahisə bir nəfərin ölümü, dörd nəfərin ağır xəsarətlər alması ilə nəticələnib. Hadisə kənddə keçirilən toy mərasimi zamanı başlayıb, daha sonra kafedə davam edib.

Məlumata görə, Fail Əliyev və Aydın Məmmədov arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib. Daha sonra Aydın Məmmədovun övladları Fail Əliyevin evinə hücum ediblər. Qarşıdurma zamanı Fail Əliyevin oğlu üç nəfəri bıçaqlayıb. Xəsarət alan şəxslər ərazini tərk edərkən avtomobillə Fail Əliyevin üzərinə keçiblər. Nəticədə o, hadisə yerində keçinib. Yaralanmış digər şəxslər Rustavidəki xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.