Təranənin qətlinin üstü 13 il sonra açıldı - RTV

2012-ci ildə Lənkəranda itkin düşmüş qadının qətlə yetirildiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Təranə Ağayevanı qətlə yetirməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Əliağa Kazımov saxlanılıb.

Qadının meyitinin qalıqları basdırıldığı yerdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, bir neçə il əvvəl Ağayevanın qardaşı Fuad şübhəli şəxs qismində tutulmuşdu. Lakin o bacısının meyitinin qalıqlarının olduğu yeri göstərə bilməmiş, daha sonra sərbəst buraxılmışdı.