Tanınmış telejurnalist, rejissor və aparıcı Nailə Ələkbərova vəfat edib. Bu barədə məlumatı onun yaxınları sosial şəbəkə platformalarında yayıb.
Nailə Ələkbərova 1963-cü ildə Şamaxıda anadan olub. O, uzun illər Azərbaycan Televiziya məkanında fəaliyyət göstərib. ATV və Space kanallarında çalışıb. Daha sonra isə illərlə TRT Avazda yayımlanan "Qafqazlara əsən yellər" verilişinin müəllifi və aparıcısı olub.