Yeni il ərəfəsində uşaqların Şaxta Babadan istəkləri maraq doğurur. RTV-nin hazırladığı süjetdə müasir uşaqların arzu və istəkləri yer alıb. Uşaqlar Şaxta Babadan müxtəlif hədiyyələr, o cümlədən telefon, planşet, maşın, Harry Potter kitabı, kukla, tabanca, velosiped, skuter və elektron saat istədiklərini bildiriblər.
Sakinlərdən Əsmər adlı dörd yaşlı uşaq Şaxta Babadan kukla istəyir. Digər bir uşaq isə planşet istədiyini bildirib və qeyd edib ki, planşetdə dərslərini oxuyacaq. Böyüyəndə ibtidai sinif müəlliməsi olmaq istədiyini də vurğulayıb.
Dördüncü sinifdə oxuyan başqa bir uşaq isə ən çox sevdiyi fənnin Azərbaycan dili olduğunu və böyüyəndə müəllim olmaq istədiyini qeyd edib. O, hamı üçün xoşbəxtlik, pul və ev arzuladığını, özünə isə heç nə istəmədiyini bildirib.