Şəhər sakinlərinin 2026 cı ildən gözləntiləri - RTV

RTV kanalı şəhər sakinlərinin 2026-cı ildən olan gözləntilərini öyrənmək üçün sorğu keçirib. Sorğuda iştirak edən şəhər sakinləri 2025-ci ili xatırlayaraq, gələn ildən olan ümidlərini bölüşüblər.

Sorğuda iştirak edən bir sakin 2026-cı ilin "xeyirli və düşərli olmasını" arzulayıb. Digər bir şəxs isə 2025-ci ilin tələblərini qarşılamadığını, 2026-cı ildən isə daha yaxşı gözləntiləri olduğunu bildirib. O, ümid edir ki, hər kəsin ürək istəyi reallaşacaq. Başqa bir respondent isə 2025-ci ilin normal keçdiyini, 2026-cı ildə daha böyük nailiyyətlər və uğurlar gözlədiyini qeyd edib.

Sorğuda iştirak edən başqa bir şəhər sakini 2025-ci ili "monoton və sıxıcı" adlandırıb. O, 2026-cı ildən "bolluca şans, uğur və pul" gözlədiyini, ən çox da maddiyyata ehtiyacı olduğunu vurğulayıb. Səhhətin önəmli olduğunu qeyd edən respondent, hər kəsə uğurlar arzulayıb. Digər bir iştirakçı isə 2026-cı ildən bol uğur və şans gözlədiyini bildirərək, Yeni il münasibətilə təbriklərini çatdırıb və 2026-cı ilin ruzi bərəkətli olmasını arzulayıb. Bir respondent Şaxta babadan 2026-cı ilin necə olacağını soruşub və Şaxta baba hər şeyin yaxşı olacağını bildirib.